Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
110

Milli Məclisin sədri Sahibə Qafarova Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.

02 may 2024    17:13
117

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Milli Assambleyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 23-də ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

23 aprel 2024    17:25
173

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti ilə görüşüb

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

18 aprel 2024    17:42
223

Milli Məclisin sədri Sahibə Qafarova Latviyanın ölkəmizdəki səfirini qəbul edib

Martın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanı qəbul edib. Azərbaycan və Latviyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan spiker Sahibə Qafarova, ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edib.

06 mart 2024    16:01

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.